Beynəlxalq Türk Akademiyası 20 Yanvar hadisələri ilə bağlı açıqlama yayıb
Beynəlxalq Türk Akademiyası 20 Yanvar hadisələri ilə bağlı açıqlama yayıb
Açıqlamada Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən 32 il ötdüyü qeyd edilir.
“20 Yanvar qardaş Azərbaycan xalqının azadlıq və suverenlik uğrunda başlatdığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliklə nəticələnməsində dönüş nöqtəsi oldu. Beynəlxalq Türk Akademiyası olaraq, vətənləri uğrunda canını fəda edən, tarixin şərəfli səhifələrini müqəddəs qanları ilə yazan Azərbaycanın bütün qəhrəman övladlarını ehtiramla anır, əziz xatirələri önündə sayğı ilə baş əyirik”, – deyə açıqlamada bildirilir.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP