Floridadakı “Nova Southeastern University” də Anım Gününə həsr olunmuş təqdimat olub

Florida Azərbaycan–Amerika Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nova “Nova Southeastern University”də 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil edilib. 

 

Tədbir zamanı Universitetin tələbəsi Nabat Eminova 44 günlük Vətən müharibəsinə dair təqdimatla çıxış edib. Gənc soydaşımız Ermənistan– Azərbaycan münaqişəsinin tarixi barədə ətraflı məlumat verib. Nabat Eminova qeyd edib ki,  sentyabrın 27-də Ermənistanın bütün cəbhə boyu genişmiqyaslı hücumlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücumla və antiterror əməliyyatları ilə cavab verib. 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğalçı Ermənistanın ordusu darmadağın edilib, 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılan torpaqlarımız azad edilib və böyük Zəfərə imza atılıb. 

 

O,bildirib ki, müharibənin başa çatmasına baxmayaraq, təcavüzkar Ermənistan  minalanmış ərazilərin bütün xəritələrini ölkəmizə verməkdən imtina edir. “Hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələr problemi aradan qaldırılmayıb. Azad olunmuş torpaqlarda ölən və yaralananların statistikası artmaqda davam edir”, – deyə soydaşımız vurğulayıb.

Nabat Eminovanın təqdimatı maraq doğurub və mövzu ətrafında müzakirələr aparılıb. 

Qeyd edək ki, N.Eminova diaspor fəalıdır və Florida Azərbaycan–Amerika Mədəniyyət Mərkəzinin sədri Töhfə Eminovanın qızıdır.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi