Odessada Vətən müharibəsi şəhidləri anılıb

Odessa vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun “Birlik” təşkilatı 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirib. 

Azərbaycan Evində təşkil olunan anım mərasimində Türkiyənin Odessadakı Baş konsulu Birey Yılmazsoy, Vətən müharibəsinin qaziləri və “Birlik” təşkilatının idarə heyətinin üzvləri iştirak ediblər. Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. 

Tədbirdə “Birlik” təşkilatının idarə heyətinin sədri Rövşən Quliyev, idarə heyətinin üzvü Fazil Əsgərov, Baş konsul Birey Yılmazsoy çıxış ediblər. Bildirilib ki, xalqımız, dünya azərbaycanlıları və Türk Dünyası Qarabağ torpaqlarını erməni işğalından azad edən, parlaq Qələbəmizə öz töhfəsini bəxş edən hər bir şəhidimizin və qazimizin qarşısında baş əyir və minnətdarlığını bildirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qazandığı qələbənin tariximizə qızıl hərflərlə həkk olunduğunu vurğulayan natiqlər Türkiyənin ölkəmizə siyasi-mənəvi dəstəyini yüksək qiymətləndiriblər. 

Döyüş təəssüratlarından danışan II Qarabağ savaşının qazisi Şahin Kərimov bildirib ki, hər kəndin, qəsəbənin və şəhərin erməni işğalından azad edilməsi Silahlı Qüvvələrimizin hərbçilərində əsl bayram əhval-ruhiyyəsi yaradırdı. “Mənim üçün ən xoşbəxt gün doğma kəndimizin işğaldan azad edildiyi gün idi”, – deyə qazimiz vurğulayıb.

Tədbir Vətən müharibəsinə həsr olunmuş video və fotomaterialların nümayişi ilə başa çatıb.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi