Barselonadakı Azərbaycan Evində Anım Günü qeyd edilib

İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən Azərbaycan Evində  27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

 

Azərbaycan icması ilə yanaşı ispan qonaqların da qatıldığı tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş cəsur hərbçilərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr – Anım Günü münasibətilə xalqa müraciəti təqdim olunub. 

 

Tədbiri giriş sözü ilə açan Barselona “Azərbaycan Evi” mərkəzinin sədri Kərim Kərimov qeyd edib ki, 27 sentyabr – Anım Günü Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. Bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş bütün qardaş və bacılarımızın əziz xatirəsi harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyində əbədi qalacaq. 

 

Çıxış edən digər qonaqlar da Azərbaycanın parlaq qələbəsinin dünyanın hərb tarixinə düşdüyünü, 30 illik işğal faktına son qoyulmasını, ərazi bütövlüyünün təmin olunmasını Cənubi Qafqaz bölgəsinə sülhün gəlməsini uğurlu nəticə kimi qiymətləndiriblər.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi