Milli Məclisin deputatının məqaləsi erməni mətbuatında yayılıb

Milli Məclisin deputatı Cavanşir Feyziyevin Azərbaycan mətbuatında dərc edilmiş “Cənubi Qafqazda qlobal siyasi oyun başa çatdı” sərlövhəli məqaləsi Rusiyada da böyük marağa səbəb olub və elə həmin günlərdə Rusiyanın www.Novoe vremya.com, www.Kavkaz uzel.eu saytları da məqaləni rus dilində yayıb. Maraqlısı odur ki, həmin məqalə bu gün erməni mətbuatında da dərc olunub. Ermənistanda erməni, ingilis və ərəb dillərində yayımlanan və daxili auditoriya ilə bərabər, həm də xaricdə yaşayan ermənilərin müntəzəm olaraq izlədikləri “Yerepouni Daily News” erməni xəbərləri saytı deputat Cavanşir Feyziyevin məqaləsini ingilis dilində dərc edib.

Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən, onun səbəb və hərəkətverici qüvvələrindən bəhs olunur. Müəllif bildirir ki, Cənubi Qafqazda bu münaqişənin mövcudluğu region ölkələrindən daha çox qlobal güc mərkəzlərinin maraqlarına xidmət edirdi və həm Azərbaycan, həm də təcavüzkar Ermənistanın özü bu münaqişənin qurbanları idilər. Bir-birinə qarşı vuruşan iki ölkə arasında fərq ondan ibarət idi ki, Azərbaycan siyasi elitası bu qlobal oyunun mahiyyətini başa düşür və ətrafında qurulmuş bu tələdən heç bir itkisiz çıxmağa çalışdığı halda, Ermənistan inanılmaz bir sadəlövhlüklə qlobal güclərin köməyi ilə işğal etdiyi torpaqların rəsmən tanınmasına ümid edirdi. Müəllif qeyd edir ki, Azərbaycan siyasi rəhbərliyinin düşünülmüş praqmatik siyasəti və qətiyyəti sayəsində oyun qaydalarını pozmaq mümkün oldu və heç kimin gözləmədiyi halda, Azərbaycan qlobal güc mərkəzlərinin Cənubi Qafqaz üçün hazırladığı və həyata keçirdiyi məkrli oyundan qalib çıxa bildi.

Məqalənin “Yerepouni Daily News” saytında dərc olunmuş ingilisdilli variantı ilə bu linkdə tanış olmaq mümkündür.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    One thought on “Milli Məclisin deputatının məqaləsi erməni mətbuatında yayılıb

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi