Azərbaycanlı alim Polşadakı debat mərkəzində Qarabağ həqiqətlərindən danışıb

Polşa Azərbaycanlıları Şurasının Aşağı Sileziya üzrə koordinatoru, Vrotslav Universitetinin müəllimi, humanitar elmlər doktoru İlahə Kərimova Yagellon Fondunun Debat Mərkəzinin təşkil etdiyi onlayn formatlı mühazirədə məruzəçi qismində çıxış edib.

“Azərbaycan beynəlxalq arenada” mövzusuna həsr olunan mühazirədən sonra azərbaycanlı alim bir saatlıq müsahibənin qonağı da olub. Müsahibə zamanı İlahə Kərimova Azərbaycan dövlətinin multikulturalizm siyasəti və modeli, ölkəmizdə yaşayan milli azlıqlar və etnik qruplardan danışıb. Çar Rusiyası dönəmində ermənilərin Azərbaycan torpaqlarına köçürüldüyünə diqqəti cəlb edən soydaşımız Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, Qarabağ həqiqətləri, Azərbaycanın ərazi bütovlüyünün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, Avropa Birliyinin və Avropa Parlamentinin müvafiq sənədlərində təsbit olunması, Qarabağ məsələsində Azərbaycanın haqlı və ədalətli mövqeyə malik olması barədə ətraflı məlumat verib. 

Sülhpərvər, multikultural, tolerant Azərbaycanın Ermənistan istisna olmaqla bütün ölkələrlə dostluq və qardaşlıq münasibətləri qurduğu bildirilib. Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandığı qeyd edilib. Xocalı soyqırımı kimi insanlığa zidd dəhşətli cinayət törədən ermənilərin Azərbaycanın işğal edilmiş Kəlbəcər, Laçın və Ağdam rayonlarını tərk edərkən ekoloji terror və vandallıq aktlarına yol verdikləri nəzərə çatdırılıb.  

Müsahibə Dağlıq Qarabağa dair müxtəlif sualların cavablandırılması ilə yekunlaşıb.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi