“Fransa kimi cəsarətli olun…”: Belçikalı deputat Jorj Dalleman

Dekabrın 17-də  Belçika parlamentinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək”  adlı qətnamə layihəsi müzakirə olunub. Bir həftə öncə Belçika Senatında müzakirə olunmuş qətnamə layihəsi bu dəfə Nümayəndələr Palatasında müzakirəyə çıxarılıb. Bu dəfə də ermənilərin Qətnamədə görmək istəmədiyi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələri  qanun layihəsində yer alıb və bununla da Azərbaycan ərazilərinin erməni hərbi birləşmələri tərəfindən işğal olunması faktı öz əksini tapıb. Hər iki Palatanın xarici əlaqələr komissiyalarının sədrləri Els Van Hoof və Mark Demesmaeker, millətçiliyi və separatçılığı dəstəkləyən fraksiyanın rəhbəri Karl Van Luve, eləcə də  “erməni soyqırımı” qətnaməsinin müəllifi Peter de Roover və bir sıra qatı ermənipərəst deputatlar BMT Qətnamələri ilə bağlı bəndin layihədən çıxarılmasını təkidlə xahiş etsələr də Nümayəndələr Palatası onların xahişini nəzərə almayıb.

Müzakirələr zamanı hər vəchlə ermənilərin arzusunu həyata keçirməyə çalışan və hər yerdən əli üzülən Georges Dalleman həmkarlarına müraciət edərək deyib: “…Fransa kimi cəsarətli olun, ermənilərin taleyinə biganə qalmayın”. Dəfələrlə Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər etmiş deputat Georges Dallemanın və onun tərəfdarlarının təkidli xahişlərinə baxmayaraq Qondarma rejimin tanınması və onunla diplomatik əlaqələr qurulması  ilə bağlı təkliflər də müzakirə olunub və parlament üzvlərinin çoxluğu tərəfindən rədd edilib.

Xatırladaq ki, hələ bir həftə öncə Belçika Xarici İşlər Naziri parlament qarşısında çıxışı zamanı 10 noyabr tarixli üçtərəfli Bəyanatı dəstəklədiyini bildirmiş və Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı çağırışların beynəlxalq hüquqa zidd olduğunu deputatların diqqətinə çatdırmışdı.

Beləliklə,  Fransa siyasi rəhbərliyinin gözləntilərinin əksinə olaraq  Fransa Senatının və Nümayəndələr Palatasının mövqeyi Belçika parlamentində növbəti dəfə dəstək ala bilmədi. Erməni Lobbi təşkilatlarının özlərini güclü hesab etdikləri Belçikada  öz məqsədlərinə çata bilməməsi erməniləri və eləcə də bu ölkədə erməni lobbisi hesabına varlanmaq arzusunda olan ermənipərəstləri məyus etdi.

Cavanşir Feyziyev

18 dekabr 2020

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib