“RT France” telekanalında Azərbaycanın mövqeyi səsləndirilib

 

Fransanın “RT France” telekanalında erməni vəkil Fransua Devidjanla debata çıxan azərbaycanlı hüquqşünas Zaur Sadıqbəyli Fransa KİV-lərini birtərəfli mövqe tutmamağa dəvət edib.

Son günlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən hadisələrin müzakirəsi zamanı Zaur Sadıqbəyli öncə diqqəti Fransa KİV-lərinə girişin azərbaycanlıların üzünə bağlanmasına cəlb edib. O, yerli medianı balansı qorumağa, Fransada yaşayan azərbaycanlı icmasının mövqeyini dinləməyə çağırıb: “Harada bir erməni danışsa, bir azərbaycanlı da orada olmalıdır”.

Soydaşımız 44 günlük müharibənin nəticəsi olaraq tərəflərin qəbul etdiyi 10 noyabr 2020-ci il tarixli üctərəfli bəyanatdan sonra sosial media şəbəkələrində erməni fəalların intiqam almağa, yeni müharibəyə hazırlaşmaq çağırışlarına diqqəti cəlb edib. Qeyd edib ki, bu cür hallar Azərbaycan və Ermənistan arasında sülhə xidmət etmir və dünyanın heç bir ölkəsi, o cümlədən Azərbaycan öz ərazisinin separatçı qüvvələr tərəfindən işğal olunması ilə razılaşa bilməz.

Azərbaycanlı hüquqşünas əlavə edib ki, qarşı tərəfin “öz müqəddəratını təyinetmə”, “Qarabağ əhalisinin hüquqlarının qorunması” mövzusunda çıxışı maskalanmış ərazi iddialarından başqa bir şey deyil. O, nəzərə çatdırıb ki, Dağlıq Qarabağ ermənilərinin “öz müqəddəratını təyinetmə”si Ermənistan dövlətinin varlığı, beynəlxalq hüquq və tarix baxımından qeyri-mümkündür: “…bu vəziyyətdə yeganə həll yolu Ermənistanın bu həqiqəti qəbul etməsidir”. 

Əcdadlarının ərazisi olan İrəvanda doğulan bir azərbaycanlı kimi Ermənistanı və bu ölkənin tarixini erməni vəkildən daha yaxşı bildiyini söyləyən soydaşımız erməni dilində dünya ermənilərinə müraciət edib. O, erməniləri 44 gün ərzində Qarabağ cəbhəsində qalib gəldikləri ilə aldadan Ermənistan rəhbərliyinin qurbanı olmamağa səsləyib: “Azərbaycan işğal edilmiş torpaqlarını azad etmək üçün 2783 əsgərini itirdi. Bəs erməni əsgərləri niyə öldü?”.

 Z.Sadıqbəyli əlavə edib ki, bütün hərbi cinayətlərin araşdırılmasına, cinayətkarların cəzalandırılmasına tərəfdardır və bu məsələnin birinci Qarabağ müharibəsindən, xüsusilə də Xocalı soyqırımından başlanmasını istəyir. O, həmçinin xatırladıb ki, indiyə qədər ermənilərin bu mövzuda azərbaycanlıları günahlandırmaq məqsədilə təqdim etdikləri videolar saxta çıxıb. 

Ermənilərin tarixi saxtalaşdırma cəhdlərindən və uydurmalarından çox təəssüfləndiyini bildirən soydaşımız vurğulayıb ki, hazırda Cənubi Qafqaz tarixi ilə maraqlananlar üçün videomühazirələr oxuyur. Həmin mühazirələr zamanı tarixi faktlara və sənədlərə əsasən ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisi olan Qarabağ xanlığına köçürüldüyünü, azərbaycanlıların ermənilər tərəfindən etnik təmizləmələrə məruz qaldığını, İrəvan xanlığının tarixi torpaqlarında yaşayan ata-babalarının kütləvi qırğına məruz qaldığını və qovulduğunu sübut edir.

 Z.Sadıqbəyli qeyd edib ki, sülhə nail olmaq üçün Dağlıq Qarabağ tam silahsızlaşdırılmalı, bu bölgədə yaşayan ermənilər Azərbaycan vətəndaşı kimi dövlət qanunlarına riayət edərək azərbaycanlılarla bərabər dinc yanaşı yaşamalıdır. 

Debatı aşağıdakı linkdən izləmək mümkündür:

https://www.youtube.com/watch?v=fUjRI0lkbvE&feature=youtu.be

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib