Diasporla İş üzrə Dövlət Komitəsində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsində videokonfrans keçirilib.

Konfransdan öncə Dövlət Komitəsinin rəhbər şəxsləri Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, önünə gül-dəstələri qoyublar.

Sonra ümummilli liderin Dövlət Komitəsinin girişində qoyulmuş büstünün qarşısına tər çiçəklər düzülüb və anım gününə həsr olunmuş videokonfrans işinə başlayıb. 

Videokonfrans iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  

Konfrans iştirakçılarını Azərbaycanın əldə etdiyi tarixi qələbə münasibətilə təbrik edən Komitə sədri Fuad Muradov müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında müstəsna xidmətləri olan ulu öndərin həyat və fəaliyyətindən bəhs edib. Dahi şəxsiyyətin uzaqgörən siyasəti, müdrik idarəçiliyi ilə dövlətimizin qısa müddətdə daxili və xarici siyasətdə əldə etdiyi uğurlardan danışıb, xüsusilə dünya azərbaycanlıları ilə bağlı həyata keçirilən siyasətin əhəmiyyətini vurğulayıb. 

Son illər əldə edilən nailiyyətləri və xaricdə yaşayan soydaşlarımıza göstərilən dövlət qayğısını qeyd edən Komitə sədri bütün bunların ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş strategiyanın nəticələri olduğunu vurğulayıb. 

Videokonfransa qatılan Millət vəkili Elşad Mirbəşiroğlu isə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq Azərbaycanda multikulturalizmin inkişafından, ölkəmizdə çoxsaylı xalqların sülh və əminamanlıq şəraitində yaşamasından bəhs edib. Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətindəın danışıb. Müstəqillik dövründə müxtəlif sahələrdə əldə edilən uğurlardan danışan natiq qeyd edib ki, bütün bunların memarı ümummilli liderimiz Heydər Əliyevdir.  

Daha sonra çıxış edənlər siyasi elmlər doktoru, professor Elçin Əhmədov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, tarix elmləri doktoru, AMEA-nın Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli, tarix üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert Yəhya Babanlı dahi siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə əldə olunan uğurlardan, Azərbaycan diasporunun formalaşması tarixindən bəhs ediblər. 

Tədbir ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı sənədli filmin nümayiş etdirilməsi ilə başa çatıb. 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi