Azərbaycan evinin sədri: rəsmi Parisin işğal amilinə yanaşma tərzi məntiqsiz və anlaşılmazdır

Fransanın www.atlantico.fr xəbər portalında “Fransanın rolu. Dağlıq Qarabağ münaqişəsi və ya Fransa humanizminin iflası” başlıqlı məqalə dərc olunub.

Fransada fəaliyyət gösrətən Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın qələmə aldığı məqalədə rəsmi Parisin beynəlxalq birlik tərəfindən təsbit olunmuş işğal amilinə yanaşma tərzinin məntiqsiz və anlaşılmaz olduğuna diqqət cəlb edilib.  

Məqalədə 1990-cı illərdə bir milyona yaxın azərbaycanlının ermənilər tərəfindən vəhşicəsinə həyata keçirilmiş etnik təmizləməyə məruz qaldığı, doğma torpaqlarından qovulduğu, Xocalı soyqırımı zamanı 613 dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyi yada salınıb. 

Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmasını tələb edən beynəlxalq sənədlərin mövcud olduğunu, 44 günlük müharibə zamanı Ermənistanın ölkəmizin dinc əhalisinə qarşı yol verdiyi müharibə çinayətlərinin “Amnesty International” və “Human Rights Watch” kimi QHT-lər tərəfindən də təsbit edildiyini, Fransadakı erməni icmasının tərəfsiz, prinsipial fransız jurnalistlərinə qarşı nifrət kampaniyaları təşkil etdikləri və ölümlə hədələdiklərini vurğulayan müəllif sual edir: “Bu, fransız humanizminin dəyişkən məntiqi ilə necə izah ediləcək? …işğal olunmuş ərazilərdən geri çəkilmə zamanı ermənilər tərəfindən  qəbiristanlıqların, məscidlərin alçaldılması və dağıdılmasına, meşələrin kəsilməsi və yandırılmasına, mədəni irsin, təbiətin məhv edilməsinə nə ad vermək olar? Fransa humanizminin məhvinə gətirən bu məntiqi necə izah etmək olar?”.

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Fransa tərəfindən də dəstəkləndiyini xatırladan müəllif bildirir ki, rəsmi Paris öhdəliyinə əməl etməlidir. 

Milli Assambleyanın və senatın mövqeyi ilə razılaşmayan Fransa Xarici işlər naziri Jan Iv Le Drianın “bu, vasitəçi rolumuzdan imtina etmək deməkdir” açıqlamasını xatırladan müəllif bildirir: “Ümid edək ki, nazirin sözləri Fransa humanizminin ölmədiyini  göstərir”.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: 

https://www.atlantico.fr/decryptage/3594536/le-conflit-du-haut-karabakh-ou-la-faillite-de-l-humanisme-francais-france-armenie-azerbaidjan-conflit-defense-guerre-neutralite-mirvari-fataliyeva-

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib