Bakı qeydiyyatında olanlar dekabrın 14-dən sonra necə qayıdacaq? – RƏSMİ CAVAB

Sərtləşdirilmiş karantinlə bağlı 14 dekabrdan etibarən respublikanın digər rayonlarında olan Bakı qeydiyyatlı şəxslərin paytaxta qayıtmaları ilə məsələyə aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın şəhər və rayonlarına gedən Bakı şəhəri üzrə daimi qeydiyyatda olan şəxslər yalnız  öz avtomobilləri ilə, avtomobilləri olmayanlar isə rayonun və şəhərin hüdudunadək taksilərdən istifadə etməklə paytaxta geri qayıda bilərlər.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP