Azərbaycan diasporunun fəal olduğu ölkələrdən biri də Ukraynadır

Bu ölkədə yaşayan soydaşlarımız və fəaliyyət göstərən diaspor təşkilatları davamlı olaraq Ermənistanın hərbi təxribatları haqqında yerli cəmiyyəti məlumatlandırırlar. Bu ölkədə yaşayan soydaşlarımız həqiqətlərin yerli ictimaiyyətə və beynəlxalq aləmə daha dolğun çatdırılması üçün müxtəlif tədbirlər həyata keçirirlər.

Ukrayna Azərbaycanlıları Radası sosial şəbəkələr üzərindən Ermənistanın törətdiyi 27 sentyabr təxribatı barədə məlumat yayıb. Məlumatda işğalçı Ermənistan ordusunun regionda sülhə və sabitliyə təhlükə olduğu bildirilib, Ermənistanın beynəlxalq hüquqa riayət etmədiyi, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri icra etmədiyi diqqətə çatdırılıb.

UABD sədri Hikmət Cavadov Ukraynanın “КП в Украине” portalına və ASPI informasiya agentliyinə müsahibə verib.

Müsahibədə diaspor rəhbəri, 27 sentyabrda Ermənistan ordusunun Azərbaycanın cəbhəboyu bütün ərazilərindəki yaşayış məntəqələrini atəşə tutması, Azərbaycan ordusunun bu təxribata cavab vermək məcburiyyətində qalması və əldə etdiyimiz qələbələrlə bağlı danışıb. O həmçinin, dinc Azərbaycan əhalisinə qarşı Ermənistan dövlətinin törətdiyi hərbi cinayətlərdən söz açıb, nəticədə mülki əhali arasında ölən və yaralananların olduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda Azərbaycan ordusunun hərbi əməliyyatları öz torpaqlarımızda aparılır və buna görə heç kimin Bu məsələyə müdaxilə etməyə haqqı yoxdur. O həmçinin Ukrayna rəhbərliyinə göstərdiyi mənəvi dəstəyə görə təşəkkür edib və bildirib ki, Azərbaycan daim Ukraynanın ərazi bütövlüyünü, Ukrayna da Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib.

 

O cümlədən, UABD sədri Hikmət Cavadovun Azərbaycanın vesti.az portalında “Ukrayna azərbaycanlıları: “Azərbaycan ordusunun gücünə əminik” başlıqlı müsahibəsi də dərc olunub.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi