Almaniyadakı yəhudi icması xarici işlər naziri Hayko Maası qərəzli yanaşmada ittiham edib-FOTO

Almaniyada fəaliyyət göstərən Davidştern yəhudi icması bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz məktubu ilə müraciət edib.

Buna səbəb xarici işlər naziri Hayko Maasın Bundestaqdakı 7 oktyabr tarixli dinləmələrdə çıxışı olub. Nazir Qarabağ münaqişəsinin gərginləşməsində Azərbaycanı ittiham edərək rəsmi Bakıya təzyiq göstərməyə çağırıb.

Almaniya yəhudiləri Azərbaycan ərazilərinin 20 faizinin, məhz Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini xatırladaraq nazir Maası qərəzli və birtərəfli olmaqda ittiham ediblər. Azərbaycanın Ermənistana qarşı təcavüz həyata keçirmədiyi, öz torpaqlarını müdafiə etməyə çalışdığı, azərbaycanlıların Ermənistanın təcavüzkar siyasətinin qurbanına çevrilərək, öz doğma yurdlarını tərk etməyə məcbur olduqları vurğulanıb.

Xarici işlər nazirinin nəzərinə çatdırılıb ki, BMT-nin qətnamələrində erməni silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxması tələb olunsa da, Ermənistan buna 27 ildir məhəl qoymur.

Davidşterm yəhudi icması rəsmi Berlini Cənubi Qafqaz bölgəsindəki durumu dəqiqləşdirməyə və ədalətli yanaşma nümayiş etdirməyə çağırıb.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib