Gənclər dünya ictimaiyyətini hüquqları pozulmuş azərbaycanlıların səsini eşitməyə çağırıb

İtaliyanın Venesiya şəhərində Azərbaycan Diaspor Gənclərinin (ADG) Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı hücumları ilə bağlı həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılmasına həsr olunmuş toplantısı keçirilib.

ADG-nin Venesiya üzrə koordinatoru Türkan Həsənovanın təşəbbüsü ilə baş tutan tədbirdə müvafiq məlumatların hazırlanması, italyan dilinə tərcümə edilib əhaliyə çatdırılması, informasiya mübarizəsinin istiqamətləri və müxtəlif aksiyaların təşkili müzakirə olunub.

Tədbirdə İtaliyanın dövlət qurumları və vəzifəli şəxslərinə göndərilməsi üçün italyan dilində bəyanat qəbul edilib.

Bəyanatda gənclər dünya ictimaiyyətini 30 ilə yaxındır öz evlərini tərk etməyə məcbur olan, qaçqın və məcburi köçkün həyatı sürən milyona yaxın azərbaycanlının səsini dinləməyə və onların hüquqlarının pozulduğuna diqqət yetirməyə çağırıblar.

“Biz istəyirik ki, beynəlxalq ictimaiyyət Ermənistanın işğalçı və təcavüzkar siyasətini pisləməklə sivil dünya nizamının əsasını təşkil edən dəyərləri, norma və prinsipləri israrla müdafiə etsin. Azərbaycanın süverenliyini və ərazi bütövlüyünü, milyona yaxın azərbaycanlının hüquqlarını kobudcasına pozan Ermənistana dövlətlərarası münasibətlər prinsiplərinə, BMT və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarına əməl etməsi üçün təzyiq göstərilsin”, – deyə vurğulanıb.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi