Prezident: “Bizi heç kim durdura bilməz”

“Ermənistan tərəfinin mülki əhalini və obyektləri hədəf almasında məqsəd xalq arasında təşviş, xaos, qorxu yaratmaqdır. Bu gün Azərbaycan tamam başqa bir ölkədir. Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm fiziki cəhətdən güclü insanlar yetişib”.

Bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı deyib ki, eyni zamanda yaşlı nəsil də bu gün tam başqa dünyagörüşünə malikdir: “Dövlətimizin güclü iradəsi var, güclü Ordumuz var. Məhz buna görə bu xain hücumlar bizim iradəmizi sındıra, qıra bilmədi. Ən çox erməni vəhşiliyindən zərər çəkən Tərtər şəhəridir. Tərtər şəhərinə minlərlə mərmi düşüb və Tərtər şəhəri balaca bir şəhərdir, Gəncə kimi böyük şəhər deyil. Bu gün səhər mənə verilən məlumata görə, səhər saat 07:00-dan 09:30-dək – 2 saat yarım ərzində Tərtər şəhərinə 100-dən çox mərmi düşüb. Amma tərtərlilər bir dağ kimi, yumruq kimi dayanıblar, heç bir yerə getmirlər və deyirlər: öldü var, döndü yoxdur. Ağdamda da, Goranboyda da, Ağcabədidə də, təmas xəttinə daha yaxın olan bütün başqa bölgələrdə də həmçinin… Onlar düşmənlə üz-üzə yaşamağa öyrəşiblər. 2016-cı ildə məşhur Aprel döyüşlərindən sonra mən erməni vəhşiliyindən zərər çəkmiş bölgələrə getdim. Bir kəndə getdim, hansı ki, o kənddən erməni mövqelərinə məsafə 100-150 metr idi. Bizim hərbçilər mənə dedilər ki, ora getməyin, ora təhlükəlidir. Dedim ki, orada bizim insanlar yaşayır. Onlar üçün təhlükəli deyilmi?! Onlar nə qədər cəsarətli, nə qədər qürurlu insanlardır ki, orada yaşayır, düşmənin atəşi altında yaşayır, qurur, övladlarını böyüdür. Azərbaycan xalqı bu xalqdır. Ona görə də bu xain hücumlar bizi zərrə qədər də yolumuzdan döndərə bilməz”.

Dövlət başçısı nəzərə çatdırıb ki, Ermənistanın digər məqsədi də bizi durdurmaqdır: “Onlar zənn edirlər ki, bu xain zərbələr bizi durduracaq. Bizi heç kimsə durdura bilməz. Çünki biz haqq yolundayıq və bu yolu uğurla davam edirik, bayrağımızı qaldırırıq, torpaq bütövlüyümüzü bərpa edirik və sona qədər bu yolu gedəcəyik”.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi