Eskişehirspor futbol klubundan Azərbaycana dəstək

Türkiyənin Eskişehirspor klubu Azərbaycan Futbol Federasiyasına məktub ünvanlamaqla tarixi günlərini yaşayan Azərbaycan dövlətinə dəstəyini ifadə edib.

 

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadən bildirir.Məktubda deyilir: “Bir millət, iki dövlət olan bizlər, qədimdən günümüzə gəlib, həmişəlik davam edəcək qardaşlığımızın zəruri şərti kimi, haqlı olduğunuz yolda Klubumuz olaraq yanınızda olduğumuzu səmimi və ürəkdən vurğulamaq istəyirik.

 

Evinizin evimiz, sevincimizin, kədərimizin eyni olduğunu bilənlər olaraq, bugün eynisinin sizlər üçün də keçərli olduğunu ifadə etməyi borc bilirik. Klubumuz hər hansı bir ehtiyacınızda hər zaman yanınızdadır”.

 

Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın bildirib ki, Gənclər qanadının rəhbəri Cavid Əmirovla birlikdə klub rəhbərliyini ziyarət edərək, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq qədim və əzəli Qarabağ torpaqlarımızın işğaldan azad olunması üçün əks-hücuma keçən Azərbaycan dövlətinin yanında olduqlarını bildirən Eskişehirspor klubuna minnətdarlıqlarını bildiriblər. Görüş zamanı Ermənistanın işğalçılıq hərəkətlərinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə Azərbaycan silahlı qüvvələrinin qəhrəmanlıqla vuruşduğu, xalqımıza xoş anlar yaşatdığı nəzərə çatdırılıb.

 

Görüş klubun idarə heyətinin üzvləri və futbolçularla birlikdə xatirə şəkli çəkdirilməsilə yekunlaşıb.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi