Millət vəkili Emin Hacıyev: «Paşinyan növbəti dəfə gülünc vəziyyətə düşdü»

Azərbaycan Prezidenti cənab İlham Əliyev “Rossiya 1” kanalının “60 dəqiqə” proqramına müsahibəsi ilə Ermənistanın baş naziri Nikol Paşinyanı növbəti dəfə aciz duruma saldı. Cənab Prezident rusiyalı jurnalsitlərin suallarına qətiyyətli, yüksək siyasi intellektə və beynəlxalq hüquqa əsaslanan cavablar verməklə Rusiya ictimaiyyətinə və geniş auditoriyaya Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətin gerçək mahiyyətini çatdırdı. Bildirdi ki, Ermənistan sentyabrın 27-dən hərbi təxribatlara başlayaraq Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərimizi şiddətli artilleriya atəşinə məruz qoyub. Bu təcavüz nəticəsində Azərbaycanın dinc sakinləri, o cümlədən uşaqlar həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə, öz xalqımızı və torpağımızı müdafiə etməyə məcbur qalmışıq. Şiddətli döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrimizi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri işğaldan azad edib. 

Cənab Prezident Ermənistanın hərbi təyyarəsinin guya Türkiyə tərəfindən vurulması və Suriyadan gətirilən muzdluların Azərbaycan tərəfdən savaşması kimi suallara cavabında bütün bu şayiələrin təxribat xarakteri daşıdığını, “feyk-nyus” olduğunu vurğuladı. Cənab Prezident xatırlatdı ki, bugünkü müasir texnologiyalar dövründə, peyk müşahidələri imkanları olduğu halda bu cür faktları gizlətmək mümkün deyil. Türkiyənin hərbi əməliyyatlarda rolu ilə bağlı suala gəlincə, cavab konkret oldu: “Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur”. Ali Baş Komandan bəyan etdi ki, Türkiyənin hərbi əməliyyatlarda iştirakı üçün hər hansı zərurət yoxdur, Azərbaycan Ordusu öz xalqının və ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır. 

Verilişdə daha sonra Ermənistanın baş naziri Nikol Paşinyanın müsahibəsi oldu. Paşinyan özünün zəif, rabitəsiz, sönük və uğursuz çıxışı ilə yadda qaldı. Baş nazir növbəti dəfə absurd iddialarını, ənənəvi yalanları təkrarlayıb, bununla özünü gülünc vəziyyətə saldı. Paşinyanın zəif çıxışı işğalçı Ermənistanın haqsız tərəf olması faktını bir daha sübut etdi. Beləliklə, Paşinyan cəbhədəki döyüşlərdə olduğu kimi bu platformada da Azərbaycan Prezidentinə uduzaraq, onun yüksək peşəkarlığı və qətiyyətli çıxışı qarşısında aciz duruma düşdü. Bütün bunlar Azərbaycanın mübarizəsində haqlı olduğunu, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda səfərbər olduğumuzu göstərir. Biz öz topaqlarımız uğrunda mübarizədə qalib gələcəyik. Cənab Prezidentin qeyd etdiyi kimi, biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim torpaqlara tərəf baxmağa cəsarət etməsin.

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi