Benilüks Azərbaycanlıları Konqresi Ermənistan dövlətinin hərbi təxribatları ilə bağlı bəyanat yayıb

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi Ermənistan dövlətinin son hərbi təxribatları ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, dünyanın COVID-19 virusundan əziyyət çəkdiyi bir vaxtda Ermənistan silahlı qüvvələri 2020-ci ilin 12 iyul tarixində Azərbaycanın Tovuz rayonunda, atəşkəsi pozmuşdur. Sentyabrın 27-si isə təxminən səhər saat 06:00 radələrində ermənilər cəbhəboyu zonada yerləşən yaşayış yerlərini iriçaplı artilleriya qurğularından istifadə etməklə atəşə məruz qoyublar.
“Konrqes olaraq biz bu təxribatı kəskin şəkildə pisləyirik. Bu təxribatın nəticəsi olaraq hər iki ölkənin hərbçiləri və mülki əhalisi arasında həlak olanlar var. Bütün bunlar sivil dünyanın, demokratiya uğrunda mübarizə aparan ölkələrin gözü önündə baş verir. Ermənistanın işğlaçı qüvvələrinin Azərbaycana məxsus mülki obyektləri, xəstəxanaları və evləri atəşə tutması 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir”- deyə bəyanatda qeyd edilir.
Bəyanatda bildirilir ki, bu cür təcavüzkar aktlarla Ermənistan BMT-nin Nizamnaməsinə, dünya ictimaiyyətinə hörmətsizlik edir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə məhəl qoymur və özünün hücum siyasətini davam etdirir.

Bəyanatda konqres, dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət edərək, işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi üçün işğalçı Ermənistana təsir göstərmələrini və BMT-nin yuxarıda göstərilən 4 qətnaməsinin beynəlxalq hüquq və normalar çərçivəsində yerinə yetirilməsini təmin etməyə çağırıb.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi