Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi mövzusunda növbəti müzakirə keçirilib – FOTOLAR

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması” layihəsinin icrası davam edir.

Təşkilatdan verilən məlumata görə, İcra Planının şərtlərinə uyğun olaraq layihənin ikinci onlayn ictimai müzakirəsi keçirilib.Onlarla şəxsin iştirakı ilə keçirilən tədbirdə mövzunun aktuallığı və vacibliyi qeyd olunub, diqqətə çatdırılıb ki, sözügedən məsələyə önəm verilməsi günümüzün tələbidir, belə görüşlər bu sahədə müəyyən irəliləyişlərə səbəb olacaq.

Tədbiri açıq elan edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov qonaqları salamlayaraq nəzərə çatdırıb ki, vətəndaş cəmiyyətinin üzvləri, əsasən də gənc nəsildə internet mediaya marağın artırılması və sosial şəbəkələrdən düzgün istifadənin istiqmətlərini aşılamaq olduqca əhəmiyyətlidir.O, əlavə edib ki, əsas hədəf sosial şəbəkələrdəki təhlükəli və təhlükəsiz xəbərlərin sərhədlərinin konturlarını vətəndaşlarımıza düzgün çatdırmaqdır.

Sonra söz ekspertlərə verilib.Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov çıxışında “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin icra etdiyi layihənin mövzusunun günümüzün ən aktual, vacib məsələlərindən olduğunu xatırladıb və əlavə edib ki, bu məqamlar gələcəkdə də diqqətdə saxlanılmalıdır.Onun sözlərinə görə, vətəndaş cəmiyyəti üzvlərinin informasiya təhlükəsizliyində rolunu məhz belə layihələrlə artırmaq mümkündür.Millət vəkili sonra pandemiya dövründə dövlətin həyata keçirdiyi mühüm tədbirlərdən danışıb.

Məlumdur ki, layihə çərçivəsində hər ictimai müzakirəyə xüsusi qonaqlar dəvət olunur.Bu dəfə fikir mübadiləsinə qatılan Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya mövzunun əhəmiyyətinə toxunub, xatırladıb ki, ölkələrimiz işğala məruz qalıb və milli maraqlarımızın, ərazilərimizə olan təhdidlərin qarşısının alınması üçün vətəndaşlarımızın səfərbər olması zəruridir, onların bu yöndə fəaliyyəti üçün ən münasib platformalardan biri isə sosial şəbəkələrdir.Gürcü professor Azərbaycan dövləti tərəfindən yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası institutunu unikal ideya adlandırıb, ölkəsində də belə bir strukturun yaradılmasının vacibliyini vurğulayıb.

Ardıcıllıqla çıxış edən “Bələdiyyələrin İnkişafına yardım” İctimai Birliyinin sədri, “Niyaməddin Orduxanlı” adlı səhifənin sahibi “Niyaməddin Orduxanlı, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov,”İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT TV və QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə,Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının mətbuat katibi Teymur Bayramov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Ülkər Həsənova mövzu ilə bağlı fikirlərini bildiriblər.Beynəlxalq təcrübədən, sosial şəbəkələrdə yayılan xəbərlərin hüquqi tənzimlənməsindən, şəxsi həyatın toxunulmazlığından, təhqirlə tənqidin fərqindən, fərdi məlumatların yayılmasından bəhs ediblər.

Çıxışlarda həmçininpandemiya dövründə sosial şəbəkələrdən istifadənin daha da aktuallıq kəsb edildiyi,COVİD-19 virusu ilə bağlı həm psixoloji təsirlərdən, həm də düzgün analiz olunmamış xəbərlərin insanlara mənfi təsirlərindən danışılıb.

Onlayn müzakirədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri, gənclər sahəsində fəaliyyət göstərən ictimai birliklərin üzvləri və digər şəxslər iştirak ediblər.

Lyihəyə Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə birgə keçirildiyindən qurumun təklif və tövsiyələrinə yer verilir.

Qeyd edək ki, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin COVİD19 pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə ərzaq və tibbi ləvazimatın paylanması çağırışını müsbət qarşılayıb və könüllü olaraq bu kateqoriyadan olan şəxslərə dəstək göstərəcək.

Xatırladaq ki, layihənin icra müddəti üç aydır və bu dövr ərzində Bakı, Sumqayıt və Gəncə sakinləri ilə onlayn müzakirələr keçiriləcək, xüsusi kitabçalar hazırlanacaq, mövzu ilə əlaqədar sorğular təşkil olunacaq, nəticələri isə geniş ictimaiyyətə çatdırılacaq.

 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi