Soydaşlarımız BMT-nin İsveçrədəki qərargahının qarşısında etiraz aksiyası təşkil ediblər

İyulun 19-da BMT-nin Cenevrə şəhərindəki qərargahının önündə Ermənistan silahlı qüvvələrinin müstəqil Azərbaycanın Tovuz istiqamətində növbəti hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq böyük etiraz aksiyası keçirilib.

İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının (İAKŞ) və İsveçrə Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən aksiyada diasporumuzun üzvləri ilə yanaşı türk cəmiyyətlərinin nümayəndələri də iştirak ediblər.

Tədbirdə İAKŞ əlaqələndiricisi Əkbər Gəncə, Beynəlxalq Demokratlar Birliyinin İsveçrə üzrə sədri Murat Şahin, Beynəlxalq İnsan Haqları və İnkişaf İttifaqı Dərnəyinin sədri Ender Demirtaş və başqaları çıxış ediblər. Natiqlər sülhpərvər, beynəlxalq hüquq normalarına hörmətlə yanaşan, bəşəri dəyərlərə böyük önəm verən müstəqil Azərbaycanın hər sınaqdan güclü olaraq çıxacağını, Dağlıq Qarabağın mütləq Ermənistanın işğalından azad olunacağına əminliklərini bildiriblər.

“Türk milləti olaraq azərbaycanlı qardaşlarımızın bugünə qədər olduğu kimi, bundan sonra da yanında olmağa davam edəcəyik. Bunu bir daha BMT binası önündən bütün dünyaya bəyan edirik” – deyə Murat Şahin söyləyib.

Çıxış edənlər BMT-dən Ermənistanın təxribatlarını və hücumlarını araşdırmaq üçün missiya təşkil etməyə, dünya birliyini işğalçı Ermənistana qarşı tədbirlər görməyə çağırıblar.

Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı, Ermənistanın işğalçı siyasətinə etiraz plakatlarının qaldırıldığı aksiyada “Azərbaycana ədalət!”, “Dağlıq Qarabağ Azərbaycanındır!”, “Ermənistanın işğalına son qoyulsun!” və sair şüarlar səsləndirilib.

 

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21  WHATSAPP

 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi