Xaricdə yaşayan azərbaycanlılara müraciət

Əziz soydaşlarımız! Son bir həftə ərzində erməni təxribatçılarının Azərbaycan ərazisinin Tovuz istiqamətində hücumlarına Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında bütün istiqamətlərdə  lazimı cavablar verilməkdədir. Sizin Ermənistanın bu çirkin niyyətini ifşa edərək yerli ictimaiyyətə çatdırmaqda xüsusi rolunuzu qeyd etmək istəyirik. İşğalçı dövlət bu çirkin əməlləri ilə həm də mülki əhalini hədəf alıb və müxtəlif vandalizm aktları həyata keçirilib.

 Azərbaycan ordusunun təxribatçıya endirdiyi zərbələr kimi, siz də ordumuza dəstək olaraq xüsusi birlik nümayiş etdirmisiniz. Bu illər ərzində xaricdə yaşayan soydaşlarımız ilk dəfədir ki, belə birlik nümayiş etdirdi və Azərbaycan dövlətinin, ordusunun arxasında sıx birləşdiyini bəyan etdi. 25 ölkədə 100-ə yaxın müxtəlif diaspor təşkilatı və fəalları 100-ə  qədər  bəyanat verib. 20 ölkədə 14 dildə 70 məqalə və xəbər çap edilib. Ümumilikdə bu müddət ərzində 20 xarici ölkədə 41 aksiya keçirilib və  aksiyalarda 10 mindən çox soydaşımış iştirak edib. Bu aksiyaların mütləq şəkildə davam etdiriləcəyindən əminik. Xüsusi olaraq vurğulayaq ki, Ermənistan işğalçı siyasətini həyata keçirən zaman bəzi ölkələrdə ermənilər tərəfindən  Azərbaycan səfirliklərinin qarşısında icazəsiz aksiyalar keçirməyə cəhdlər olub. Amma sizin birlik nümayiş etdirərək çevik müdaxiləniz nəticəsində bu aksiyaların qarşısı qətiyyətlə alınıb. Bu qəbildən olan birlik nümayişinə Polşa, ABŞ, Hollandiya və digər ölkələrdə baş verən hadisələri nümunə kimi göstərmək olar. 

Biz bilirik ki, bizim soydaşlarımız yaşadıqları ölkələrin qanunlarına riayət edərək, yalnız icazəli aksiyalar keçirir. Bu onun göstəricisidir ki, azərbaycanlılar  öz haqq səsini dünyaya çatdırarkən yaşadıqları ölkələrin qanunlarına əməl edir, sivil qaydalar çərçivəsində hərəkət edirlər. 

Bizdə olan məlumatlara görə, erməni diasporu təşviş içindədir və müxtəlif təxribatlara əl atmaq niyyətindədir. Amma əminik ki, bizim soydaşlarımız onlara lazımı cavabı verir və verəcək. Bu həftə ərzində də xaricdə yaşayan azərbaycanlılar müxtəlif beynəlxalq təşkilatların, yerli parlamentlərin qarşısında icazəli aksiyalar təşkil edəcəklər. Bu gün bizim soydaşlarımız ayaqdadırlar. İş adamları, elm adamları, tələbələr, diaspor təşkilatları, diaspor fəalları – bir sözlə Vətənin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı Azərbaycana bacardığı dəstəyi  nümayiş etdirir. 

Biz Sizi yalnız Azərbaycan Respublikasının dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında fəal olmağa çağırırıq. Torpaqlarımız erməni işğalından azad olana qədər əlinizdən gələn qədər dövlətimizə və ordumuza dəstək verməyə səsləyirik. 

Azərbaycanın müstəqilliyini, dövlətçiliyini və ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Biz Sizinlə fəxr edirik!

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21  WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi