Kanadada yaşayan azərbaycanlılar ordumuza dəstək aksiyası təşkil edib

Kanadada yaşayan azərbaycanlılar, diaspor təşkilatları və diaspor fəalları  bu ölkənin Toronto və Ontario şəhərlərində Azərbaycan ordusuna dəstək aksiyası keçiriblər.

Aksiya iştirakçıları Ermənistan Silahlı Qüvvələrinin   Ermənistan-Azərbaycan  sərhədinin  Tovuz rayonu istiqamətində  törətdiyi təxribata etirazlarını bidiriblər. Soydaşlarımız Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması, işğal olunmuş torpaqlarımızın azad olunmasını tələb ediblər.

Kanada azərbaycanlıları müxtəlif dillərdə şüarlar səsləndirib, ölkə  ictimaiyyətinin diqqətini münaqişənin acı nəticələri barədə məlumatlandırmağa çalışıblar. Qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi bütövlüyü pozulub, hərbçilər şəhid olub, günahsız insanlar, uşaqlar, mülki əhali qətlə yetirilib. 

Aksiya iştirakçıları bir daha diqqətə çatdırıblar ki, Kanada höküməti dəfələrlə  Azərbaycanın ərazi bütovlüyünü birmənalı şəkildə dəstəklədiyini və işğalı qınadığını bəyan edib.

Aksiyaya Kanadada yaşayan İsrail və  Türkiyədən olan qardaşlarımız, Azərbaycanı sevən insanlar da qatılıblar.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21  WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi