“Vətən uzaqda deyil”- Fuad Muradovun fəaliyyətində Gürcüstan azərbaycanlılarının yeri və ya Vətən necə yaxın olur

Bu gündən başlayaraq hər həftə dünya azərbaycanlıları və onlara Azərbaycan dövlətinin diqqəti ilə bağlı silsilə yazılar dərc edəcəyik. İlk olaraq Gürcüstan azərbaycanlılarından danışırıq.

Bəzən Gürcüstan azərbaycanlılarının diaspor olmaması və Diasporla İş üzrə Dövlət Komitəsinin də necə deyərlər “predmeti” olmaması haqda danışırlar. Bu cür münasibət kökündən yanlışdı və onlar xaricdə yaşayan azərbaycanlılar olduğu üçün məhz Komitənin də fəaliyyət dairəsinə daxildir. Məndə belə bir qənaət var idi ki, Diasporla İş üzrə Dövlət Komitəsi üçün Gürcüstanda yaşayan soydaşlarımız unudulmüş insanlardı, o mövzunun qabardılması heç yada da düşmür.

xxx

Bu günlərdə Komitənin fb səhifəsində Gürcüstan azərbaycanlıları ilə bağlı silsilə videomateriallar gördüm və diqqətimi çəkən bu oldu ki, qonşu dövlətdə yaşayan azərbaycanlıların hansı problemləri qaldırılır, hansı sahələr ön plana çıxarılır, bir sözlə nədən başlanılır? Düşündüm ki, Dövlət Komitəsinin Gürcüstandan verilişlər hazırlatması bəlkə sadəcə təbliğatdır, yalnızca tərifdir? Amma belə deyildi… İnternetdə gəzişirəm və Komitə sədri Fuad Muradovun vəzifəyə gəldiyi ilk vaxtlarda Gürcüstana səfər etməsi ilə bağlı xeyli xəbər var. Onun bu sahəyə məsuliyyətli şəxs kimi hansı obyektlərə getməsi və az qala hər kəndə getməsi də düşündürücüdür. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin açılması, səhiyyə və təhsil problemlərinə diqqət və s bütün bunlar kələfin ucunun doğru tapıldığını göstərir. Gürcüstan azərbaycanlılarının təhsil və xüsusilə ölkənin dilini bilməmək kimi mühüm bir probleminin aradan qaldırılması asan iş deyil. Xüsusilə kəndlərdə yaşayan xeyli tanışım var, nə özləri, nə də uşaqları gürcü dilini bilirlər. Hətta bu ölkədə ali məktəblərdə təhsil alan soydaşlarımızın azlığı da daim müzakirə predmetidir. Məhz bu mənada Komitənin üzərinə dövlət qurumu kimi ağır yük düşür. “Vətən uzaqda deyil” proqramının da təhsil və media məsələsinə həsr olunması, gənclərin teatra marağının qabardılması mühüm və təqdirəlayiqdir. Veriliş güzgüdür, Komitə bu işi görməklə sözün həqiqi mənasında Azərbaycan cəmiyyətinə məsələləri aydın göstərən bir güzgü bağışlamış olur. Bu cür yanaşma Fuad Muradovun gənc kadr kimi müasir tendensiyalara üstünlük verməsinin nəticəsidir. Problemləri və görülən işləri yüz eşitməkdənsə, bir dəfə gözümüzlə görürük. Diqqətimi daha çox çəkən İnteqrasiya mərkəzindən hazırlanan reportaj oldu. Qısa vaxtda bu qədər insanı cəlb etmək, müxtəlif istiqamətlərdə təhsil vermək, gürcü və ingilis dillərini öyrətmək, başqa sözlə gələcəyə hazırlamaq böyük zəhmət və vəsait tələb edir.

 xxx

İndiki vaxtda gəncliyi təhsilə həvəsləndirmək müşkül işdir. Əgər uzaq kəndlərdən belə yeniyetmələr həmin mərkəzə gəlirsə, deməli iş sistemli şəkildə qurulub. Əgər bu iş üzün illər davam edəcəksə, bütün qaranlıq nöqtələrə işıq salınacaqsa, 10-15 il sonra əkilən ağaclar bar verəcək, azərbaycanlılar gürcü cəmiyyəti üçün böyük intellektual potensila çevriləcəklər. Bu işin bir hissəsi və bəlkə də ən ağır hissəsi məhz Komitənin üzərinə düşür. Bugünkü kimi doğru addımlar atılacaqsa, yaxşı nəticələr olacaq. Atılmayacaqsa, Vətən diaspor üçün heç də yaxın olmayacaq. Diaspor fəaliyyətilə bağlı növbəti yazımızı gözləyin.

Fatimə Paşayeva

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır