Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb

Şuranın təsis toplantısında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Komitənin nümayəndə heyəti iştirak edib.Toplantı Azərbaycanın Dövlət himninin səsləndirilməsilə başlayıb.

Giriş sözü ilə çıxış edən Komitə sədri azərbaycanlı icmalarındakı mövcud durum barədə ətraflı məlumat verib. O, Azərbaycan və Polşa arasında strateji tərəfdaşlıq münasibətlərindən, son dövrdə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərdən, təhsil sahəsində mübadilə proqramlarından, Polşanın müxtəlif universitetlərində azərbaycanlı tələbələrin sayının artmasından danışıb. Dövlət Komitəsinə rəhbər təyin edilərkən Prezident İlham Əliyevin onun qarşısında xüsusi tapşırıqlar qoyduğunu xatırladan F.Muradov bildirib ki, bunlardan ən əsası dünyadakı azərbaycanlı icmaları ilə görüşmək, onların problemləri ilə yaxından tanış olmaq və dövlətin hər zaman soydaşlarımızın yanında olduğu ismarıcını çatdıqmaqdır.

Polşada yaşayan azərbaycanlılara Diasporla İş üzrə Dövlət Komitəsinin mümkün olan hər cür dəstək göstərməyə hazır olduğunu vurğulayan Komitə sədri soydaşlarımızın, o cümlədən toplantı iştirakçılarının bu ölkədə hansı çətinliklərlə üzləşdikləri ilə maraqlanıb.

Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov Polşada yaşayan soydaşlarımızın təşkilatlanması, cəmiyyətə daha yaxşı inteqrasiya olunmaları və s. ilə bağlı fikirlərini bölüşüb və tövsiyələrini verib.

Toplantı iştirakçıları çıxış edərək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Tədbirdə azərbaycanlıların Koordinasiya Şurasının yaradılması təklifi səsləndirilib.

Sonda Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb. Səsvermə əsasında Xəlil Həsənov, Lalə Zeynalova və Rəsul Məmmədov Şuranın koordinatorları seçiliblər.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi