Azərbaycan icması ilə görüşdə Cəlil Məmmədquluzadə nəslinin davamçıları da iştirak edib

Diasporla İş üzrə Dölət Komitəsinin nümayəndə heyəti Polşadakı Azərbaycan icması ilə görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak edib. Polşa Azərbaycanlıları Birliyi, Varşava Azərbaycanlıları Birliyi, Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Polşa Azərbaycanlıları Assosiasiyası, eləcə də bu təşkilatların ətrafında həmrəy olan onlarla azərbaycanlının iştirakı ilə keçirilən tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlayıb.

Fuad Muradov Polşada keçirilən görüşlərin əhəmiyyətindən və səmərəsindən danışıb. Komitə sədri bildirib ki, dünya azərbaycanlılarına sonsuz hörmət və qayğının əsasını Ümummilli lider Heydər Əliyev qoyub və bu siyasət eyni səviyyədə davam edir.

Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov Polşadakı Azərbaycan icmasının fəaliyyətindən danışıb, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin Polşaya ilk səfərini müsbət qiymətləndirib və görüşlərin olduqca səmərəli keçdiyini qeyd edib. Səfir “Azərbaycan diasporunun polyak dostları” adlı bir qrupun formalaşdırılmasının da gələcəkdə əhəmiyyətli ola biləcəyini təklif kimi səsləndirib.

Komitə sədri Cəlim Məmmədquluzadənin nəticəsi və onun oğlunun görüşdə iştirakının xüsusi önəm daşıdığını diqqətə çatdırıb. C.Məmmədquluzadə nəslinin davamçıları olan Martin Cavanşiri və onun oğlu Przemek Cavanşirini xüsusi salamlayıb, onların burada olmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib. 

Daha sonra F.Muradov Polşada və ümumiyyətlə Avropada Azərbaycan diasporunun fəaliyyəti, müxtəlif ölkələrdə açılan “Qarabağ” Azərbaycan məktəbləri, idmançılarımızın beynəlxalq yarışlarda iştirakı zamanı xaricdə yaşayan azarkeşlərin fəallığı, türkdilli diasporların birgə işləməsinin səmərəsi və s. haqqında danışıb.

Azərbaycan Diasporuna Dəstək Fondunun rəhbəri Elşad Əliyev görüş iştirakçılarına Fondun, Polşadakı Azərbaycan Ticarət Evinin rəhbər Nemət Nağdəliyev isə rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Sonda C.Məmmədquluzadə nəslinin davamçılarına xatirə hədiyyələri və Azərbaycanla bağlı kitablar verilib.

Polşadakı Azərbaycan icması ilə görüş qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.MediaZona.Az

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi