Azərbaycanda ərzaq məhsullarının bahalaşma faizi açıqlandı

Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6% artıb.
Aktor.Az xəbər verir ki, bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, 2017-ci ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsulları və xidmətləri 0,1%, o cümlədən qeyri-ərzaq mallarıi 1,6%, əhaliyə göstərilən ödənişli xidmətlər 0,4% bahalaşıb, ərzaq məhsulları isə 1% ucuzlaşıb.
Ay ərzində unun, qarabaşaq və manna yarmasının, makaron məmulat

Read more

Qızıl və gümüş medal alan şagirdlərin sayı açıqlandı

Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında əmr imzalayıb.
Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrə əsasən, XI siniflərin 154 nəfər məzunu qızıl medalla, 31 nəfər məzunu isə gümüş medalla təltif edilib.
Qızıl və gümüş medala layiq görülmüş təhsil alanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq. Medala layıq görülən məzunların siyahısı Təhsil Nazirliyinin saytında yerləşdirilib.
Read more

akıda gecə klubunda ərəbin 2 minini oğurladılar

Bakıda İraq vətəndaşı qarət edilib.



APA-nın məlumatına görə, hadisə Xətai rayonu ərazisində yerləşən gecə klublarından birində qeydə alınıb. İraq vətəndaşı Safia Ahmed Muttalib klubdan çıxıb evə gedərkən 2000 manat pulunun oğurlandığını görüb və bu barədə dərhal polisə şikayət edib.

Faktla bağlı araşdırma aparılır.

Read more

YAP-dan Əli Həsənovun nəvəsinin həbsinə – REAKSİYA

Yeni Azərbaycan Partiyası (YAP) hakim partiyanın sədr müavini və baş nazirin müavini Əli Həsənovun Bakıda dəhşətli qəza törədən nəvəsi Nail Allahverdiyevin həbsinə münasibət bildirib.

 

YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə AzVision.az-a açıqlamasında deyib ki, qəza törədən sürücünün həbs olunması Azərbaycanda qanunun hamı üçün eyni olduğunu bir daha sübut etdi. “Bu hadisə kimliyindən, kiminlə qohum olmağından asılı olmayaraq qanunun aliliyi, törətdiyi əmələ görə hər kəsin qanun qarşısında cavab verməli olduğunu göstərir. Azərbaycanda qanun hamı üçün eynidir. Burada kiminləsə qohumluq və ya hansısa xidmətlər heç vaxt nəzərə alınmayacaq. Vəzifədə və nüfuzda olan hər bir kəs ailə üzvlərinə görə mənəvi məsuliyyət daşıyır. Onların davranışı, hərəkəti,

Read more