Zaqatalada ağır yol qəzası – 2 nəfər ölüb

Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, avqustun 5-də saat 4.00 radələrində Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində rayon sakini Taleh Qaracayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

 

Nəticədə sürücü hadisə yerində, sərnişini Qismət Yunusov isə xəstəxanada ölüblər.

 

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.