Moskvanın potensial rəqiblərinə ciddi təhdid

Rusiya istehsalı MiQ-31 hipersonik qırıcılarının “Xəncər” raketləri ilə təchiz edilməsi Moskvanın potensial rəqibləri üçün ciddi bir təhdiddir.

Bu barədə “Military Watch Magazine” nəşri yazıb.

Belə ki, MiQ-31 qırıcısı digər ölkələrdə analoqu olmayan öldürücü silah olmaqla bərabər, eyni zamanda, həm hava döyüşlərində, həm də rəqibin gəmilərini vurmaq üçün aktiv olaraq istifadə olunan döyüş maşınıdır. Müdafiə Nazirliyinə təhvil verildikdən sonra müasir radar və raket sistemləri ilə təchiz olunan qırıcılar bu gün dünyanın ən sürətli müasir döyüş təyyarələri sayılır. “Zaslon” radar sistemi ilə uzunmənzilli P-33 və P-37 (hava-hava tipli) raketlərinə sahib qırıcı bununla da döyüş meydanında imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

Nəşr “Xəncər” raketləri barədə də söhbət açıb. Raketlərin müasir parametrlərinin istənilən müdafiə silahı üçün əlçatmaz olduğu və bu raketlə təchiz olunmuş qırıcının uzaq məsafədən istənilən böyüklükdə döyüş gəmisini rahatlıqla məhv edə biləcəyi qeyd olunub.