Türkiyə düşərgəni darmadağın etdi

Türkiyə Silahlı Qüvvələri PKK-nın İraqın şimalındakı Avaşin-Basyan düşərgəsinə hücum edib.

Hücum zamanı düşərgə darmadağın edilib, xeyli terrorçu öldürülüb.

PKK-çılara qarşı əməliyyatlar ölkə daxilində də davam edib. Ağrı vilayətində terrorçularla türk əsgərləri arasında atışma nəticəsində 5 PKK-çı məhv edilib.