Bu paketdən istifadə edənlər 38 000 dollar cərimələnəcək

Keniya hökuməti fevral ayında neylon paketlərin istifadəsinə qadağa qoymuş, bu qadağanın tətbiq edilməsi üçün aparılan çalışmalar üçün 6 aylıq zaman ayırmışdı.

Publika.az xəbər verir ki, bu gündən etibarən neylon paket istehsal edən, satan və hətta istifadə edənlər 38 000 dollar məbləğində cərimələnəcək. Pul cəzasını ödəməyənlər isə 4 il həbs cəzası alacaq.

Keniyanın Ətraf Mühit naziri Cudi Vakunqu qadağanın ekologiyanı qorumaq üçün aparılan işlərə böyük köməyi olacağını bildirib.

Neylon paket istehsal edənlər və idxalçılar qadağanın təxminən 80 000 insanı işsiz qoyacağını iddia edib. Lakin Keniyanın Ali Məhkəməsi bu iddiaya rəğmən, hökumətin aldığı qərarı təsdiq edib.

Qeyd edək ki, Keniyada hər ay təxminən 24 milyon neylon paket istifadə edilir. Bu da ölkədə böyük miqdarda tullantıların yaranmasına səbəb olur. Buna görə də Keniya əhalisinin çoxu qadağanı dəstəkləyir.