Sahildə nişanlanmışdılar, dənizdə batdı
Türkiyənin Balıkəsir vilayətində yeni nişanlanan cütlüklərdən biri dənizdə batıb.
Publika.az xəbər verir ki, Sakarya Şükrü və Məryəmin bir neçə gün əvvəl dəniz kənarında nişan mərasimi olmuşdu.
Ailəsinin yanına gələn Sakarya sualtı idman həvəskarı olduğu üçün dalğıc paltarını geyərək dənizin dibinə baş vurub. Balıq tutmaq məqsədilə suya düşən gəncdən uzun müddət xəbər çıxmayınca, yaxınları sahil mühafizə xidmətinə xəbər verib.
Dərinlikdə huşsuz halda tapılan Sakarya təcili xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.