ABŞ elan etdi: Kosmosdan zərbələr endirəcəyik

Kosmosda müharibə bir neçə il sonra başlayacaq. Bunu ABŞ Hərbi Hava Assosiasiyasının simpoziumunda çıxışı zamanı Hərbi Hava Qüvvələrinin Qərargah rəisi Devid Qoldfeyn söyləyib. Onun sözlərinə görə, amerikalılar təcili kosmik məkanda üstünlük əldə etməlidirlər: “Biz bir neçə il sonra kosmosdan zərbələr endirə biləcəyik. Bu yeni mübahisəli əraziyə biz nəzarət etməliyik. Bunu bizdən ölkə istəyir”.

Qeyd edək ki, Vaşinqton bu il hərbi hava qüvvələrinə 7,75 milyard dollar büdcə ayırıb. Bu, keçən illə müqayisədə 20% çoxdur. 2019-cu ildə ABŞ bu istiqamətdəki xərclərini 8,5 milyarda qədər artırmağı planlaşdırır.