ABŞ qırıcısı havada buz bağladı: pilotu don vurdu

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G Qrovler təyyarəsi uçuş zamanı şiddətli donvurmaya məruz qalıb. Bu barədə “Defans Nyus” informasiya yayıb. Hadisə Sietl şəhərindən 90 kilometr aralıda 7600 metr yüksəklikdə baş verib. Təyyarə Vaşintondakı Uidbi-Aylend bazasından Kaliforniyadakı Çayna-Leyk bazası istiqamətində hərəkət edib.

Məlumata görə, təyyarənin temperatur tənzimlənməsi sistemində problem yaranıb. Nəticədə təyyarədə temperatur mənfi 30 dərəcəyə qədər aşağı düşüb, göyərtə dumana bürünüb, təyyarənin göstərici paneli isə buz qatı ilə örtülüb. Bu səbəbdən təyyarədə olan pilot və mühəndis idarəetmədə problem yaşayıb, sayğacların və kompasın göstəricilərinə nəzarət edə bilməyib.

Yaranan problemə görə pilot səfəri təxirə salaraq Uidbi-Aylendə geri dönüb. Təyyarə hərbi bazaya qayıtdıqdan sonra aparılan müayinədə pilot və mühəndisin dərisində yaralar və donvurma əlamətləri aşkarlanıb.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib