Azərbaycan-İran istehsalı olan yeni film çəkilib: “Sərhəd, Arpaçay, ayrılıq mahnısı”

“Sərhəd, Arpaçay, ayrılıq mahnısı” adlı filmin ekranlara çıxmasına sayılı günlər qalıb. Yeni ekran əsəri İran və Azərbaycanın birgə istehsalıdır. Yeni filmin rejissoru iranlı Əli Abdalidir. Ötən ilin iyun ayından başlayaraq Azərbaycan-İran sərhədində çəkilmiş filmdə hər iki ölkənin aktyorları rol alıblar. Baş rollardan birini azərbaycanlı aktyor Əmrah Dadaşov ifa edib.

Azərbaycan dilində çəkilmiş “Sərhəd, Arpaçay, ayrılıq mahnısı” filmini yaxın günlərdə iki ölkənin kinoteatrlarında görmək mümkün olacaq. Ekran əsərinin gənc rejissoru filmin ərsəyə gəlməsi üçün beynəlxalq əməkdaşlıq qurub.

Qeyd edək ki, filmin musiqiləri Alim Qasımov və Rübail Əzimov tərəfindən ifa olunub. Ekran əsəri üçün xüsusi vizual effektlər Ukraynada tamamlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir