Kazanda silahlı insident: Polis öldürüldü
Tatarıstanın paytaxtı Kazanda silahlı insident baş verib. Hadisə zamanı biri mülki şəxs olmaqla, 3 nəfərin yaralanıb.
Hücumu 24 yaşlı gənc həyata keçirib və o, şəhərin cənub istiqamətindən tüfənglə atəş açıb.
Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri ilə təcavüzkar arasında qarşıdurma yaşanıb. Yaralanan polislərdən biri xəstəxanada dünyasını dəyişib.
Daha sonra saxlanılan şəxsin intihar etdiyi bildirilib.