Politoloq Qabil Hüseynli: İsrail Türkiyənin yolunu getmək istəyir

Ötən həftə “Həmas”ın Fələstin ərazisindən İsralin cənub ərazilərindəki yaşayış məntəqələriniə raket zərbələri endirib. Buna cavab olaraq İsrailin Hərbi Hava Qüvvələri də “Həmas”ın obyektlərini bombalayıb.

SAXAL iddia edir ki, İordan çayının qərb sahilindən İsrail ərazisinə raket atanlar “Həmas”ın hakimiyyətini tanımayan kiçik sələfi qruplarıdır. Onlar İsrailin “Həmas”ı məhv etməsində maraqlıdır.

Qeyd edək ki, İsrailin “Həmas” və “Hizbullah” təşklilatlarına qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşdığına dair məlumatlar bir neçə aydır dolaşır. Bu baxımdan, “Maariv”in açıqlaması gözləniləndir. Ancaq belə bir hadisənin baş verməsi həm Yaxın Şərqdə, həm də bütün müsəlman dünyasında ciddi siyasi etirazlara və münaqişələrə səbəb ola bilər.

Politoloq Qabil Hüseynli hesab edir ki, belə bir əməliyyatın həyata keçirilməsinə ehtiyac yoxdur: “Çünki “Həmas”a qarşı müharibə İranın dərhal bu prosesə qoşulmasına gətirib çıxaracaq. Üstəlik, fələstinlilərin hamısı ayağa qalxacaq. Zənnimcə, belə bir əməliyyata başlamaq üçün ciddi əsaslar olmalıdır. Doğrudur, “Həmas” bir terror təşkilatı kimi İsrailə qarşı baş verən hərbi əməliyyatların hamısında iştirak edir. Bütövlükdə bunların hamısı yetərli deyil. Mənim fikrimcə, İsrail Türkiyənin yolunu getmək istəyir. Yəni, öz təhlükəsizliyini təmin etmək xatirinə Türkiyənin də əməliyyatlara başlamasından istifadə edərək “Hizbullah”a və “Həmas”a qarşı irimiqyaslı əməliyyalara başlaya bilər. Söhbət mülki əhalidən yox deyil, “Həmas”ın hərbi strukturlarından gedir”.