Tramp və Nazarbayev arasında görüş olub

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Qazaxıstan prezidenti Nursultan Nazarbayevi qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata əsasən, görüş zamanı tərəflər təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə ediblər.

Bundan başqa BMT Təhlükəsizlik Şurasında sədrliyin Qazaxıstana keçməsi ilə əlaqədar Tramp və Nazarbayev dünya siyasətinə dair məsələləri etdikləri də vurğulanıb.