Naxçıvan məhsulları “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosu ilə satışa çıxarılacaq

Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilib.

Bu, muxtar respublikamızın, ölkəmizin, ümumilikdə isə İslam dünyasının mədəni həyatında yaddaqalan bir hadisə olacaq.

Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı keçiriləcək tədbirlərdə muxtar respublikanın mədəniyyətinin, onun zəngin turizm potensialının tanıdılması ilə yanaşı, həm də istehsal olunan məhsullarımızın təkcə İslam ölkələrində deyil, eyni zamanda dünyanın bir çox ölkələrində təbliği baxımından əhəmiyyətlidir.

Bu baxımdan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosu ilə satışa çıxarılan “Naxçıvan Məhsulları” MMC-nin istehsalı olan və nəfis şəkildə qablaşdırılmış hə- diyyəlik meyvə qurusu məhsulları şəhərimizə gələn turistlər və yerli sakinlər tərəfindən maraqla qarşılanacaq. Ötən ildən başlayaraq “Naxçıvan Məhsulları” MMC-də, ümumilikdə, 25-dən artıq çeşiddə meyvə quruları istehsal olunub qablaşdırılır. Bu məhsullardan 9 çeşidinin üzərində “Naxçıvan İslam Mədə- niyyətinin Paytaxtı-2018” loqosu yer almaqdadır.

Alma, şaftalı, gavalı, qovun və digər yüksəkkeyfiyyətli Naxçıvan meyvə-tərəvəzlərinin xüsusi avadanlıqda qurudularaq qablaşdırıldığı bu məhsullar alıcılar tə- rəfindən böyük maraqla qarşılanır. Qeyd edək ki, yüksək keyfiyyət standartlarına cavab verən, 90 və 250 qramlıq paketlərdə istehsal edilən bu məhsullar muxtar respublikamızın ticarət obyektlərindən başqa, ölkəmizin paytaxtına, habelə Türkiyə Respublikasına da göndərilir. Gələcəkdə bu məhsulların Rusiya və Ukraynaya da ixrac edilməsi nəzərdə tutulur.(Naxcivantv.az)

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi