ABŞ vətəndaşlarını Avropada yüksək terror təhlükəsi barədə xəbərdar edib

ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Avropa ölkələrində terror təhlükəsinin yüksək səviyyədə olduğu barədə xəbərdar edib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir.

Bəyanata əsasən, xəbərdalıq 2018-ci ilin yanvar ayının 31-nə kimi qüvvədədir: “ABŞ vətəndaşlarına bayram festivallarına və digər tədbirlərə gedərkən diqqətli olmaqları tövsiyə edilir. Fransada, Rusiyada, İsveçdə, Böyük Britaniyada, İspaniyada və Finlandiyada baş verən insidentlər onu göstərir ki, İŞİD və “Əl-Qaidə” (terror qruplaşmaları) Avropada terror aktları planlaşdırmaq və həyata keçirmək iqtidarındadır.

Bəyanatda qeyd olunur ki, Dövlət Departamenti “beynəlxalq terrorizm təhlükəsi ilə əlaqədar öz avropalı tərəfdaşları və müttəfiqləri ilə sıx əməkdaşlıq edir”.