İŞİD yenə terror törətdi
Əfqanıstanın paytaxtı Kabildə restoranların birində terror aktı törədilib. Partlayış nəticəsində 18 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölənlərin 8-i polis işçisidir.
Terror aktının məsuliyyətini İŞİD terror təşkilatı üzərinə götürüb. Partlayış zamanı həmin ərazidə Əfqanıstan Prezidenti Əşrəf Qəninin keçmiş müşaviri Ziya Məsudun iştirakı ilə Tacikistan İslam Partiyasının üzvlərinin görüşü keçirilirmiş.