Hacı Qalib Salahzadənin oğlunun məhkəməsi noyabrın 6-da baş tutacaq

Sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmənin başlanma vaxtı məlum olub. Məlumata görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası noyabrın 6-na təyin edilib. Proses Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Ə.Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ə.Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir