Qaçan məhbus Fədayə Laçına verilişdə olanda zəng edib?

“Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun həbsdən qaçmasında əli olduğu bildirilən müğənni Fədayə Laçınla bağlı maraqlı faktlar ortaya çıxıb.

Yenicag.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Fədayə Laçın Etibar Məmmədovla qaçmazdan öncə ATV-də yayımlanan “Nanəli” verilişinin çəkilişində olub. Bu zaman ona zəng gəlib. Təşvişə düşən müğənni çəkilişi yarımçıq saxlayaraq, studiyanı tərk etmək istəyib. Bu zaman aparıcı Nanə Ağamalıyeva ona iradını bildirib və müğənniyə sona qədər oturacağını deyib. Həyəcandan əl-ayağı titrəyən Fədayə təşvişə düşərək, ağlamağa başlayıb. “Mən təcili getməliyəm” deyən müğənniyə pavilyondan çıxmağa imkan verilmədiyindən, o, çəkilişin bitməsini gözləməyə məcbur olub. Çəkiliş bitən kimi bir küncə çəkilən Fədayə Laçın ara vermədən kimlərəsə zəng edərək, ağlaya-ağlaya danışıb. Görünür, elə verilişdən çıxan kimi də o, sevgilisinə köməyə gedib və gecə saatlarında Qazaxda həbs olunub. O, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməkdə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

Yenicag.az hadisə ilə bağlı “Nanəli” verilişinin aparıcısı Nanə Ağamalıyeva ilə əlaqə saxlayıb. Aparıcı bu barədə sualı cavablandırmaqdan imtina edib

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi