“Maşın Şou”da YENİ QALMAQAL

 

Dünən “Maşın şou”da qalmaqal yaşanıb. “Bozbaş”ın sevilən üzvü İlkin Misgərli Xatunun sözlərinə cavab verib:”13 gündür ki, biz buradayıq. 13 gündə Mehriban xanım bir gündən bir hədəfdir. Mən artıq iki səsvermədə Mehriban xanıma tərəf olmuşam. Bu gün istəyirəm neytral olam. Çünki iştirakçılar azaldıqca, artıq tərəf saxlamaq olmur. Bir də Xatuna demək istəyirəm ki, “Deyir ki, hər gecə Mehriban xanımın otağında yatırdıq”. Mən də gedirdim. Amma Xatun bilsin ki, mən 12 gündür tək yatıram”.Aktyorun bu ifadələri studiyada əyləşənlərin gülüşü ilə qarşılanıb.