Rusiyadan qaçan Ermənistanın ABŞ-a sığınması da faydasızdır

Mübariz Əhmədoğlu

politoloq

Ermənistanın davranışında ABŞ-a meyllənmə açıq-aşkar hiss olunur. Ermənistan ilk olaraq bunu Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın tutduğu mövqenin daha çox antierməni olması ilə əlaqələndirir. Rusiyanın mövqeyini özünün əleyhinə, ABŞ-ın mövqeyini isə özünün lehinə hesab edir. Əslində həm ABŞ-ın, həm də Rusiyanın ortalığa qoyduğu variantlar Yenilənmiş Madrid Prinsipinin tərkib hissələridir. Hər iki dövlət öz marağına uyğun dəyişiklik edib.

ABŞ-ın variantında Dağlıq Qarabağ tənzimlənməsi statusun müəyyən olunmasından, Rusiyanın variantında isə ərazilərin qaytarılmasından başlanır. Ona görə ABŞ-ın variantı Ermənistan üçün cəlbedici görünür. Bu planın cəlbediciliyi həm də orasındadır ki, Ermənistanın hesablamalarına görə statusun müəyyənləşdirmə prinsipləri uzun müddət vaxt aparacaq. Bəlkə də mümkün olmayacaq. ABŞ-ın variantı Ermənistana danışıqlar prosesini uzatmağa çoxlu imkan yaradır.  Amma həm Ermənistanın, həm də ABŞ-ın da mövqeyinə görə tənzimlənmə vahid olmalıdır və kompleks şəkildə qəbul edilməlidir. Bu mənada ABŞ dövlət hatibi R.Tillersonun qoşunların təmas xəttində monitorinq qurğularının yerləşdirilməsi və yaxud hansısa bir cihazların yerləşdirilməsinə dəstəklə bağlı fikirlərinə Ermənistanın inanması mənasızdır. Çünki Tillersonun bu fikri kontekstdən çıxarılmadır. Tillerson ABŞ konqresmeninin analoji sualına cavab verərkən bu fikirləri bildirib. Təbii ki, Tillersonun fikrincə, bu məsələlərin hamısı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kontekstində baş verməlidir. ABŞ-ın mövqeyinin necəliyini ABŞ konqresmenlərinin Ermənistandakı davranışı sübut edir; ABŞ konqresmenlərinin hamısı Dağlıq Qarabağa səfər etməyib, bəziləri səfərdən imtina ediblər. Görünür bu ABŞ Dövlət Departamentinin və ya ABŞ-ın Ermənistandakı səfirliyinin təsirinin nəticəsidir. Eləcə də ABŞ konqresmenlərindən olan Anna Eşonun Dağlıq Qarabağ tənzimlənməsinə çox məşhur yanaşmasını açıqladı:  “…Ermənistanın gələcəyi Dağlıq Qarabağ tənzimlənməsindən asılıdır. Çünki Ermənistan bu gün blokadadadır. Bu istənilən ölkəyə zərərdir. Belə hesab edirəm keçmişdə baş vermiş hadisələrin, o cümlədən “soyqırımın” tanınması qədər gələcəyə baxmaq, onu başa düşmək və ölkəni də gücləndirmək vacibdir. Ölkə və insanlar üçün maksimum çalışmaq lazımdır. Nə qədər çətin olsa da tərəflər sülh əldə etmək üçün danışıqlar aparmalıdır. Qarabağ məsələsi həll olunmayanadək Ermənistan sərbəst hərəkət edə bilməz”.

Ermənistan mümkün qədər tez həqiqəti anlamalı və Dağlıq Qarabağ tənzimlənməsində real mövqeyə yaxınlaşmalıdır.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi