Partiya batır – Binası satışa çıxarıldı

Son iki seçkidə məğlubiyyətə uğrayan Fransanın  keçmiş prezidenti Fransua Hollandın sədri olduğu Sosialist Partiyasınin yerləşdiyi tarixi bina qəzet elanıyla satışa çıxarılıb. “Les Echos” qəzetində yazılan elanda, Parisin Solferino küçəsində yerləşən, sahəsi  3389 kv.metr olan tarixi binanın satıldığı bildirilir.

Ötən günlərdə keçirilən toplantıda partiya sədri, binanın satışına dair razılıqıar olduğunu, eyni zamanda partiyada çalışan 200 nəfərdən 60 nəfərinin işinə son veriləcəyini söyləyib.

Ölkə qanunlarına görə, elanda noyabrın 6-na qədər binanın alınmasında müştəri ola bilmək üçün ən azı 5 milyon avro dəyərində qarant göstərilməsi qeyd edilib.

Qeyd edək ki, Sosialist Partiyasının binası 1981-ci ildə keçmiş prezident Fransua Mitteranın zamanında alınıb. Binanın 50-60 milyon avro dəyərində qiymətləndirildiyi bildirilir.Mediazona.az