Səudiyyə Ərəbistanından İraqa 27 il ərzində ilk birbaşa reys

Səudiyyə Ərəbistanından İraqa 27 il ərzində ilk birbaşa aviareys olub.

“RİA Novosti”xəbər verir ki, Ər-Riyaddan Bağdada uçuşu aşağı büdcəli “Flynas” aviaşirkəti həyata keçirib.

Səudiyyə Ərəbistanının dövlət aviaşirkəti olan “Saudia”da oktyabrın 19-u İraqa birbaşa reys gözlənilir.