BMT Təhlükəsizlik Şurası (TŞ) İraqın Kərkük vilayətində yaranan vəziyyətlə bağlı narahatlığını bildirib.
BMT TŞ mətbuata verdiyi bəyanatda, tərəflərin fikir ayrılığını Konstitusiya yolu ilə həll etməyə çağırıb. Təhlükəsizlik Şurası İŞİD-ə qarşı mübarizədə səylərin davam etdirilməsinin vacibliyini bildirib, İraqda tərəflər arasında dialoqun qurulması üzrə BMT-nin səylərini dəstəkləyib.







