İki Arakanlı gənc xəstə atasını 18 gün çiyinlərində daşıdı

Myanmarı tərk edənlərin sayi davam edir. Avqustun 25-dən başlayan qırğınlardan sonra 500 mindən çox Rohingyalı müsəlman, ana vətənləri Arakanı tərk edərək Banqladeşə sığınıb. Sərhəd şəhəri olan Cox Bazara gələn qaçqınları, əsgərlər düşərgələrə istiqamətləndirlər.  On minlərlə uşaq və yaşlı qaçqınlar, böyük çətinliklərlə düşərgələrə çatmağa çalışır.Banqladeşə doğru qaçan Məhəmməd və Yasir 75 yaşlı xəstə atalarını da çətinliklə özləri ilə apara biliblər.