Hərbi təyyarə qəzaya uğrayıb – Sağ qalan yoxdur
ABŞ-ın Tennesi ştatının şərqində hərbi təyyarə qəzaya uğrayıb.
Təyyarə meşə ərazisinə düşüb.
Məlumata görə, təyyarədə olanlardan heç kəs sağ qalmayıb. Qeyd olunur ki, qəzaya uğrayan Boeing T-45 Goshawk hərbi-təlim təyyarəsidir.
ABŞ hərbi hava qüvvələrinin bazasından verilən məlumata görə, həqiqətən, bu tip təyyarə təlim uçuşundan geri qayıtmayıb.