Külli miqdarda narkotikin Azərbaycana gətirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları növbəti dəfə külli miqdarda narkotik və psixotrop maddələrin, eləcə də pirotexniki vasitələrin Azərbaycana gətirilməsinin qarşısını alıb.

DSX-nın Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, 22.09.2017-ci il tarixdə Azərbaycan vətəndaşları Zeynalov Əbilhəsən Səhhəd oğlu və Orucov Burhan Adıgözəl oğlu Biləsuvar-Salyan şosse yolu kənarında gizlədilmiş 2160 ədəd “Pregabolin 150” və 17000 ədəd “T-Dol 200” marka­­lı psixotrop tərkibli dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaş­mağa cəhd göstərərkən DSX əməkdaşları tərəfin­dən saxlanılıb.

23.09.2017-ci il tarixdə Qazax rayonunun Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində Gürcüstandan Azərbaycana dövlət sərhədindən atla 2 ədəd 220 litirlik çəlləklərə yığılmış müxtəlif formalı pirotexniki vasitənin keçirilməsinin qarşısı alınıb. Çəllək­lərə keçirilmiş baxış zamanı içərisində 192 ədəd böyük və 160 qutu kiçik ölçüdə müxtəlif çeşidli partlayıcı fişənglər aşkar olunaraq götürülüb. Sərhəd pozucuları hava şəraitinin qaranlıq, ərazinin sıx meşə olmasından istifadə edərək atları və qaçaqmalı hadisə yerində ataraq geri qaçıblar.

25.09.2017-ci il tarixdə Yardımlı rayonun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində İrandan Azərbaycana dövlət sərhədindən narkotik vasitə olan 7,6 kiloqram heroinin, 9,8 kiloq­­ram tiryəkin və 1,3 kiloqram psixotrop tərkibli “Metafitamin” dərman preparatlarının keçirilməsinin qarşısı alınmış, sərhəd pozucuları qaçaqmalı hadisə yerində ataraq geriyə qaçıblar.

Hər üç faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi